Tramp onu işdən qovacaq? - CNN
ABŞ prezidenti Donald Tramp ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbarda görə çox məyus olub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə CNN-in məqaləsində deyilir.
Məqalə müəllifləri qeyd ediblər ki, “Air Force One” təyyarəsində ABŞ prezidenti Qabbardın İranla bağlı açıqlamalarına kəskin reaksiya verib və “onun dediklərini vecinə almadığını” deyib.
Qabbardın Konqresə İranın nüvə silahı istehsal etməyə can atmadığını söylədiyinə diqqət cəlb olunub. KİV yazır ki, bu isə İsrail və Trampın ritorikasına ziddir.
“Bu, prezidentin “ismarıcdan kənar” olan kəskin tənqididir və Qabbardın Trampın çevrəsində dəstəyini itirə biləcəyini göstərir”, - deyə müəlliflər vurğulayır.
Administrasiya daxilində isə Qabbard getdikcə daha çox tənqid olunur: onu “mövzudan kənar” adlandırırlar və razılaşdırılmamış çıxışlar etməkdə, görüşləri qaçırmaqda və öz piarına köklənməkdə ittiham edirlər.
Qabbardın “nüvə məhvi təhlükəsi” ilə bağlı bəyanatı Ağ Evdə Trampın üstüörtülü tənqidi kimi qəbul edilib.
Bir ay əvvəl administrasiya Trampın Qabbarda yaxşı münasibət bəslədiyini iddia edirdi. İndi ofisdən mütəmadi olaraq tənqidlər eşidilir, hərçənd Qabbard İranla bağlı mövqelərinin Trampla razılaşdırıldığında israr edir.
Kəşfiyyatın bəzi nümayəndələri narahatdırlar ki, Qabbard məsələlərin həllindən daha çox rəhbər imicinə diqqət yetirir. Bundan başqa, onun komandası əsas istiqamətlərdə çalışan əməkdaşların çevrəsini də əhəmiyyətli dərəcədə daraldıb.
Jurnalistlər hesab edirlər ki, Ağ Ev hələlik Qabbardı işdən çıxarmağı planlaşdırmır. CNN-in mənbəsinin sözlərinə görə, prezident xüsusən də Qabbardın nüvə zərbəsi ilə bağlı videosundan sonra onun töhfəsinin prezident üçün dəyərli olub-olmaması məsələsinə baxılmasına müdaxilə edəcək.
Xatirə SADİQ