Sözçüsü Trampı “baş sülhməramlı” adlandırdı

Ağ Evin sözçüsü Kerolayn Livitt ABŞ prezidenti Donald Trampı “güc tətbiq etməkdən qorxmayan baş sülhməramlı” adlandırıb. 

Jun 20, 2025 - 13:57
Sözçüsü Trampı “baş sülhməramlı” adlandırdı

SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə iyunun 19-da Ağ Evin YouTube kanalında yayımlanan brifinqində bildirib 

Onun sözlərinə görə, indi təcavüzkar ölkə Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı “Amerikanın gücünü” hiss etmək olar.

“Amerikanın bu gücü və prezidentin liderliyi sayəsində biz görürük ki, bu iki tərəf birbaşa danışıqlarda iştirak edir”, - deyə Livitt iddia edib.

O, qeyd edib ki, Tramp hər zaman dünyada qlobal münaqişələrin diplomatik yolla həllində maraqlıdır.

“O, baş sülhməramlıdır. O, “güc vasitəsilə sülh” prinsipinə sadiq qalan prezidentdir. Odur ki, əgər diplomatiya üçün fürsət yaranırsa, prezident bundan həmişə istifadə edir. Amma onu da əlavə edəcəyəm ki, o, güc tətbiq etməkdən də çəkinmir", - deyə spiker əlavə edib.

Livitt həmçinin deyib ki, ABŞ prezidenti yaxın iki həftə ərzində İranı vurub-vurmamaq barədə qərar verəcək.

Xatirə SADİQ