İspaniya NATO xərclərinin artırılmasının əleyhinə çıxdı – “Bloomberg”

İspaniya hökuməti NATO üzvlərinin müdafiə xərclərini ÜDM-in 5%-nə yüksəltmək planına qarşı çıxır.

Jun 20, 2025 - 13:46
İspaniya NATO xərclərinin artırılmasının əleyhinə çıxdı – “Bloomberg”

SAVASHMEDİA.az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir. 

Agentlik hesab edir ki, bu, potensial olaraq Avropanın öz təhlükəsizliyinə daha çox pul xərcləməsini istəyən ABŞ prezidenti Donald Trampla toqquşmaya gətirib çıxara bilər. 

İspaniyanın baş naziri Pedro Sançesin bu barədə NATO-nun baş katibi Mark Rutteyə ünvanladığı məktubla “Bloomberg” tanış olmaq imkanı qazanıb. 

Məktubda ispaniyalı baş nazir xəbərdarlıq edib ki, alyansın gələn həftə keçiriləcək sammitdə qüvvəyə mindirmək istədiyi yeni xərcləmə təklifinə qarşı çıxacaq.

“İspaniya bu sammitdə ÜDM baxımından konkret xərcləmə hədəfi üzrə üzərinə öhdəlik götürə bilməz. İspaniya üçün 5%-lik məqsəd üzrə öhdəlik təkcə ağılsızlıq deyil, həm də əks-məhsuldar olardı”, - deyə baş nazir vurğulayıb.

Həftə sonu davam edəcəyi gözlənilən danışıqlarla tanış olan mənbələrə görə, Sançes hazırda tabe olmaq üçün böyük təzyiq altındadır.
 
Xatirə SADİQ