Tramp Maska yaxınlığını göstərmək üçün bu addımı atdı - DETALLAR
ABŞ-nin yeni prezident administrasiyasında department rəhbəri olmağa hazırlaşan amerikalı milyarder İlon Maskın Ağ Ev ərazisindəki ofisi Donald Trampın yaxınlığında olacaq.
SAVASHMEDİA.az bu barədə “The New York Times” (NYT) qəzetinə istinadən xəbər verir.
Nəşrin mənbələri bildiriblər ki, Maskın ofisi Ağ Evə bitişik Eyzenhauer adına icra ofisinin binasında yerləşəcək.
Qəzet qeyd edir ki, belə yerləşmə Maskın bu ay vəzifəyə başlayacaq Trampa əlçatanlığını əhəmiyyətli dərəcədə davam etdirməyə imkan verəcək.
Mənbələr qeyd edirlər ki, Mask keçid mərhələsinin məmurları ilə Qərb qanadına əlçatanlığının hansı səviyyədə olacağını müzakirə edib, lakin bu, qeyri-müəyyən olaraq qalır.
NYT nəzərə çatdırıb ki, Maskın tərəfdaşı, Respublikaçılar Partiyasından prezidentliyə keçmiş namizəd və rusiyayönlü sahibkar Vivek Ramasvaminin ofisinin də Eyzenhauer binasında olub-olmayacağı hələ də qeyri-müəyyən olaraq qalır.
Xatırladaq ki, Tramp noyabrın 13-də Mask və Ramasvaminin “Hökumət Səmərəliliyi Departamenti”nə rəhbərlik edəcəklərini açıqlamışdı. Bu departament dövlət agentliyi hesab edilmir.
Xatirə SADİQ