“Rusiyanı qorxutmağa hazırıq” - NATO-nun baş katibi
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) alyansın hava məkanına müdaxilənin qarşısını almaq üçün daha sərt hərəkət etməyə hazırdır.
SAVASHMEDİA.az Sky News telekanalına istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte mətbuat konfransında deyib.
“NATO davam edən təcavüzün qarşısını almaq üçün Rusiyanı qorxutmağa hazırdır. Amma biz həmişə vəziyyəti qiymətləndirməklə bunu etməliyik”, - deyə Rutte vurğulayıb.
O, qeyd edib ki, artıq bu, Estoniya və Polşada əldə olunub.
Xatirə SADİQ