"Çolaq" evində ÖLÜ TAPILDI – Qollarında və ayaqlarında... + FOTO
Türkiyənin məşhur kino və teatr aktyoru Serhat Mustafa Kılıç həyatını itirib.
SAVASHMEDİA.az xəbər verir ki, məşhur aktyoru sevgilisi İstanbulun Kağızhane rayonundakı evində ölü tapıb.
Hadisə yerinə gələn Təcili Tibbi Yardım Serhat Kılıçın öldüyünü təsdiqləyib. İlkin müayinə zamanı aktyorun gözaltında, qollarında və ayaqlarında qançırların olduğu müəyyənləşib. Bədənində yara, kəsik və ya açıq hücum əlamətləri aşkarlanmayıb.
Aktyorun sevgilisi polisə verdiyi ifadədə S.Kılıçdan iki gündür xəbər ala bilmədiyi üçün evinə getdiyini bildirib. O qeyd edib ki, Serhat Kılıç limfa xərçəngindən əziyyət çəkirmiş.
Kılıçın cəsədi Məhkəmə Tibbi Ekspertiza İnstitutuna göndərilib. Aktyorun ölüm səbəbi meyitin yarılmasından sonra aydınlaşacaq.
Xatırladaq ki, S.M.Kılıç “Bizim Evin Halleri”, “Hatırla Sevgili”, “Benim Annem Bir Melek”, “Ezel”, “Seksenler”, “Söz”, “Kuruluş Osman”, “Tetikçinin Oğlu”, “Mehmed: Fetihler Sultanı” kimi reytinq rekordları qırmış seriallarda rol alıb. O, “Söz” serialındakı “Çolaq” obrazı ilə məşhurlaşıb.
Banu