Putin Trampın kürəkənini TƏRİFLƏDİ - "Həmişə arzulanan qonaq"
Rusiya Prezidenti Vladimir Putin bu gün Kremldə Trampın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoffla görüşüb.
SAVASHMEDİA.az xəbər verir ki, Putin ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşneri (Donald Trampın kürəkənidir -red) “həmişə arzuolunan qonaqlar” adlandırıb.
O, bu gün Kremldə Trampın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoffla şəxsən görüşüb. Görüş zamanı Rusiya Prezidentinin Trampın kürəkəni Cared Kuşnerə xüsusi münasibət göstərdiyi və onu təriflədiyi bildirilir.
ABŞ nümayəndələri Ukrayna müharibəsinin dayandırılması ilə bağlı Trampın təklifini Moskvaya aparıblar. Onların Putinlə görüşündə sülh danışıqları müzakirə olunub. ABŞ nümayəndələrinin Moskvadan sonra Kiyevə gedərək Volodimir Zelenski ilə görüşməsi gözlənilir.
Səlcuq