SEPAH rəsmiləri Müctəba Xamenei ilə görüşməyə qorxur - SƏBƏB

İranın ali hakimiyyət strukturlarında təhlükəsizliklə bağlı gərginliyin artdığı bildirilib.

Apr 23, 2026 - 21:07
Apr 23, 2026 - 22:41
SEPAH rəsmiləri Müctəba Xamenei ilə görüşməyə qorxur - SƏBƏB

SAVASHMEDİA.az “The New York Times”a istinadən xəbər verir ki, SEPAH-ın bir sıra yüksəkrütbəli komandirləri və dövlətin aparıcı rəsmiləri Müctəba Xameneiyə baş çəkməkdən ehtiyat edirlər.

Buna səbəb kimi onların yerinin müəyyənləşə biləcəyi və İsrail tərəfindən hədəfə alınmaq riski göstərilir.

Nəşrin iddiasına əsasən, Müctəba Xamenei ciddi xəsarətlər alsa da, şüuru tam yerindədir və fəaliyyətini davam etdirə bilir.

Məlumatda onun bir neçə dəfə cərrahi əməliyyat keçirdiyi qeyd olunub. Xüsusilə, ayağından üç dəfə əməliyyat olunduğu, hazırda isə protezlə bağlı mərhələdə olduğu iddia edilib. Eyni zamanda, qolundan da əməliyyat edildiyi və funksional vəziyyətinin zamanla bərpa olunduğu vurğulanıb.

Bildirildiyinə görə, üz və dodaq nahiyəsində ağır yanıq izləri qalıb və bu vəziyyətin onun nitqinə təsir göstərdiyi iddia edilib. Gələcəkdə estetik və bərpaedici əməliyyatlara ehtiyac ola biləcəyi qeyd olunub.

İran Prezidenti Məsud Pezeşkianın və səhiyyə nazirinin müalicə prosesinə cəlb olunduğu da iddialar arasındadır.

Eyni zamanda vurğulanıb ki, Müctəba Xamenei hələ ictimaiyyət qarşısına çıxmaqdan çəkinir, görüntülü və ya səsli çıxış etmir. Onun yerinə yazılı açıqlamalar yayımlanır və bu bəyanatlar dövlət televiziyası vasitəsilə oxunur.

Oğuz
SAVASHMEDİA.az