"Hakim doğru qərar verib, penalti yox idi" - AFFA təsdiqlədi 

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan kubokunun yarımfinalının cavab görüşlərindəki qalmaqallı hakim qərarları ilə bağlı danışıb.

Apr 23, 2026 - 20:25
"Hakim doğru qərar verib, penalti yox idi" - AFFA təsdiqlədi 

SAVASHMEDİA.az xəbər verir ki, o, federasiyanın saytına açıqlamasında ötən gün baş tutan “Sabah” - “Qarabağ” (2:1) matçında baş hakim Rəvan Həmzəzadənin verdiyi qərarları da şərh edib. 

R. Həsənov matçdakı qırmızı vərəqə və oyunun sonundakı penalti epizodu ilə bağlı baş hakimin verdiyi qərarların doğru olduğunu qeyd edib.