Qurbanovun qəzəb gecəsi: Elvinlə Abbası zorla hüzuruna gətizdirdi - DETALLAR

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun futbolçu Elvin Cəfərquliyevi satışa çıxarmasının səbəbi məlum olub. 

Apr 23, 2026 - 19:38
Apr 23, 2026 - 20:17
Qurbanovun qəzəb gecəsi: Elvinlə Abbası zorla hüzuruna gətizdirdi - DETALLAR

SAVASHMEDİA.az xəbər verir ki, jurnalist Vüsal Hacı məsələ ilə bağlı detalları açıqlayıb. 

Jurnalistin yazısını olduğu kimi təqdim edirik: 

“Bir neçə gün əvvəl, "Qarabağ" oyuna hazırlaşdığı bir dönəmdə Elvin Cəfərquliyev komanda yoldaşı və yaxın dostu Abbas Hüseynovu da götürür, yanlarında da 4 xanım, üz tuturlar "Hollivud" restoranına. Elvinlə Abbas restoranda əyləncənin dadını, duzunu şorbasına qədər çıxarırlar, gecə saatlarında isə barıtı bir qədər də artırırlar və səs küy salmağa başlayırlar. 

Restoran müdiriyyəti də onları tanıdığından qonaqlara bir söz demir, eləmir tənbəllik, Qurban Qurbanova zəng edir, futbolçularının yanlarında da 4 xanımla birlikdə məkanda narahatlıq yaratdığını bildirir. Qurban hoca da restorana özü getmir, bir neçə nəfəri göndərir ora. Yeri gəlmişkən, Abbas Hüseynov Qurbanovun qardaşı Musa müəllimin yeznəsi, qızının həyat yoldaşıdır. Qurban hocanın adamları məkana yetişir, Abbas və Elvinlə danışırlar, söhbət qızışır və futbolçular etiraz etdikdə, onlara qarşı fiziki güc tətbiq edilir.

Şahidlərin dediyinə görə, hər iki futbolçu zor gücünə maşına basılaraq aparılır. Hara? Təbii ki, Qurbanovun hüzuruna. Hüzurda nə baş verdiyi isə artıq sirdir. Məlum olan odur ki, Qurbanovu özündən çıxaran məsələ Elvinin Abbası da əyləncəsinə ortaq etməsi və onların 4 xanımla yaxalanmasıdır. Elvini onsuz da yaxın ətrafı "bazmen" və əyləncə düşkünü kimi xarakterizə edir. Bu oğlanın Qurbanovların yeznəsini də özünə "qoşması" hocanı özündən çıxarıb və onu "bağışlanmaz siyahıya" daxil edib. 
 
Qurban Qurbanov məsələni şəxsiləşdirib və Elvin Cəfərquliyevi tam olaraq gözdən çıxarıb. 

Yəni məsələ təkcə Elvinin əyləncə məkanına getməsi, orada hər hansı hərəkətlər və ya səs küy yaratması deyil. Məsələ Elvinin Qurbanovların yeznəsini də əyləncə məkanına xanımlarla birlikdə aparması və bu məsələnin də ailədə "xəyanət" olaraq qiymətləndirilməsidir. İndi Qurban Qurbanovun nə Elvini, nə də Abbası görməyə gözü var. Elvinin "Neftçi"yə keçəcəyi danışılır, Abbas da yəqin ki, "Zirə"yə gedəcək”.