Fatih Terim adını səhv dedi, Rəşad Sadıqov belə reaksiya verdi - VİDEO
Xəbər verdiyimiz kimi, Türkiyə milli komandasının sabiq baş məşqçisi Fatih Terim Bakıda keçirilən COP29 beynəlxalq konfransı çərçivəsində “Qarabağ” Futbol Klubun təşkil etdiyi tədbirdə iştirak edib.
SAVASHMEDİA.az xəbər verir ki, Fatih Terim çıxışı zamanı tədbidə iştirak edən “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovu salamlayıb. Terim Rəşadın Türkiyədə futbolçu kimi çıxış etdiyini, hazırda isə onun həmkarı olduğunu xatırladıb. Sadlqovu salamlayan Terim bu zaman ona “Sadıq” deyə xitab edib.
R.Sadıqov isə özünün İnstaqram səhifəsində onunla bağlı Terimin çıxışının videosunu paylaşıb. Bu zaman o, “İmperator” sözlərini qeyd edib. Terimin “Sadıq” sözləri haqda isə yazıb: “Türkiyədə məşqçilər və futbolçular məni çox vaxt Sadıq deyə çağırırdı”.