"Benfika" “Fənərbağça”nı belə aldatmaq istəyib - Aktürkoğludan imtinanın səbəbi

“Fənərbağça”nın Kərəm Aktürkoğlu transferindən niyə vaz keçdiyi məlum olub.

Aug 15, 2025 - 13:02
"Benfika" “Fənərbağça”nı belə aldatmaq istəyib - Aktürkoğludan imtinanın səbəbi

SAVASHMEDİA.az xəbər verir ki, buna “Benfika”nın bir daşla iki quş vurmaq siyasəti səbəb  olub.

Belə ki, “Benfika” “Fənərbağça”nın K.Aktürkoğlunun transferi üçün ödəyəcəyi 25 milyon avronun üstünü tamamlayaraq 30 milyon avroya “Volfsburq”un futbolçusu Mohamed Amouranı heyətinə qatmağı və ondan “Fənərbağça” ilə matçda yararlanmağı planlayıb.

Həmçinin Aktürkoğlunu “Nitsa” ilə matçda oynatmaqla “Fənərbağça”nın heyətində “Benfika”ya qarşı oynaya bilməməsini təmin edib.

“Fənərbağça” isə “Benfika”nın bu planını pozaraq “Nitsa” matçında meydana çıxdığına görə, Aktürkoğlu üçün ödəyəcəyi məbləğdən 7 milyon avro, bonusdan isə yarım milyon avro azaldaraq 18 milyon + 2 milyon avro təklif edib. Xəyalları puç olan “Benfika” danışıqları dayandırıb. “Fənərbağça” isə təklifini geri çəkib.

Qeyd edək ki, “Fənərbağça” əvvəl “Benfika”ya Kərəm Aktürkoğlu üçün 25 milyon avro+ 2,5 milyon avro bonus təklif edib.

Banu