"Fənərbaxça" "Turan Tovuz"la oyundan sonra BƏYANAT YAYDI - "Həm Ehtiram Quliyev, həm də..."
Türkiyənin “Fənərbaxça” klubu Azərbaycandakı azarkeşlərinə və “Turan Tovuz” rəhbərliyinə təşəkkür edib.
SAVASHMEDİA.az xəbər verir ki, İstanbul təmsilçisi sosial şəbəkə hesabında paylaşım edərək Azərbaycanda gördükləri böyük sevgi və qonaqpərvərlikdən bəhs edib.
Klub “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevə, İdarə Heyətinə və Azərbaycan xalqına təşəkkürünü bildirib.
“İki qardaş ölkənin güclü bağlarını bir daha hiss etdiyimiz Azərbaycanda olduğumuz müddətdə bizi böyük sevgi və qonaqpərvərliklə qarşılayan “Turan Tovuz”un prezidenti Ehtiram Quliyevə, İdarə Heyətinə və Can Azərbaycana təşəkkürümüzü bildiririk.
"Fənərbaxça"nı tək qoymayan, sevgisini və dəstəyini hər an hiss etdirən Azərbaycandakı azarkeşlərimizə, eləcə də komandamızı dəstəkləmək üçün Azərbaycana gələn tərəfdarlarımıza sonsuz təşəkkürlərimizi ifadə edirik.
Yaxşı ki, varsınız, yaxşı ki, Fənərbaxçalıyıq!” – klubun yaydığı məlumatda deyilir.
Qeyd edək ki, “Fənərbaxça” ilə “Turan Tovuz” arasında keçirilən qarşılaşma İstanbul klubunun 2-0 hesablı qələbəsi ilə başa çatıb.
Oğuz