“Qalatasaray”a ağır itki - İnfarkt keçirib öldü + FOTO
Türkiyənin məşhur futbol şərhçisi, diktor və “Qalatasaray” klubunun keçmiş futbolçusu Ümit Aktan vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, 76 yaşlı futbolçu Bodrumdakı evində infarkt keçirib.
Ü.Aktan xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.
Veteran futbolçu idman karyerasına gənc yaşlardan “Qalatasaray”la başlayıb. Bir müddət sonra zədə səbəbilə karyerasını yarımçıq qoymalı olub. Lakin futbola olan marağı ona fərqli sahəyə keçməyə imkan verməyib. Futbolçu 1972-ci ildən “TRT”nin idman diktoru olub.
“Qalatasaray” futbol klubu Ü.Aktanın vəfatı ilə bağlı başsağlığı verib.
Banu
Ümit Aktan