“Qarabağ”ın əsas heyətinə qayıdan Elvin onlara təşəkkür etdi – “Sizi çox sevirəm” + FOTO

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev komandanın əsas heyətində yenidən meydana qayıtdıqdan sonra azarkeşlərə müraciət edib.

Jul 10, 2026 - 20:52
“Qarabağ”ın əsas heyətinə qayıdan Elvin onlara təşəkkür etdi – “Sizi çox sevirəm” + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, futbolçu ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Elvin azarkeşlərin etimadını yüksək qiymətləndirdiyini vurğulayaraq, bu inamı doğrultmaq üçün əlindən gələni edəcəyini qeyd edib:

“Mənə göstərdiyiniz dəyər və dəstəyə görə sizə ürəkdən minnətdaram. Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Sizi çox sevirəm”.

Xatırladaq ki, Elvin Cəfərquliyev 4 ay əvvəl intizamsız davranışlarına görə, baş məşqçi Qurban Qurbanov tərəfindən Qarabağın ikinci heyətinə göndərilmişdi.

Banu