İngiltərə futbolçularının butsları oğurlandı - DÇ-2026-da qəribə olay
2026-cı il Dünya Çempionatında İngiltərə millisinin düşərgəsində oğurluq hadisəsi baş verib.
SAVASHMEDİA.az xəbər verir ki, komandanın avadanlıqlarını daşıyan yük maşınından futbolçulara məxsus bir neçə cüt buts yoxa çıxıb.
Britaniya mətbuatının məlumatına görə, itən əşyalar arasında bəzi futbolçular üçün xüsusi sifarişlə hazırlanan butslar da olub.
Hadisədən sonra təhlükəsizlik tədbirləri gücləndirilib və oğurluğu törədən şəxslərin müəyyənləşdirilməsi üçün araşdırma başlanıb.
Aytən