"Neftçi" "Qarabağ"ı təbrik etmədi? - Baş məşqçi səbəbi açıqladı

“Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibəti ilə Azərbaycan Premyer Liqasında çıxış edən 10 komanda Ağdam təmsilçisinə təbrik ünvanlayıb.

Aug 30, 2025 - 13:50
"Neftçi" "Qarabağ"ı təbrik etmədi? - Baş məşqçi səbəbi açıqladı

SAVASHMEDİA.az-ın xəbərinə görə, “Qarabağ”ı yalnız əzəi rəqibi “Neftçi” təbrik etməyib. 

"Neftçi"nin baş məşqçisi Samir Abasov "Qarabağ"ı niyə təbrik etmədiklərinə aydınlıq gətirib.

Samir Abasovun fikirlərini təqdim edirik:

"Təbrik etsəm, "Qarabağ"ın rəqibi kimi digər azarkeşlər də qınayarlar ki, niyə rəqibi təbrik edirsən? Nəysə... Bütün məşqçilər təbrik edib? Klublar yox, məşqçiyə sual verirsinizsə, bütün məşqçilərdən danışın. Təbrik edən məşqçilərin qrupunda mən yoxam, onlardan xəbərim yoxdur". 

Aytən İbrahimova