Gömrük Komitəsinin şöbə müdiri işdən çıxarıldı
Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin rəisi Cəfərov Mahir Sabir oğlu vəzifəsindən azad olunub.
SAVASHMEDİA.az unikal-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.
Şöbə rəisi vəzifəsinə hələlik təyinat edilməyib.