Avqustun son günündə hava necə olacaq?

Avqustun 31-də gözlənilən hava şəraiti açıqlanıb.

Aug 30, 2025 - 13:24
Avqustun son günündə hava necə olacaq?

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.