"Baldızım səni şaqqalayar" - Köçkün qadının ev sahibinə göndərdiyi ŞOK SƏSYAZISI
İşğal olunmuş ərazilərin azad edilməsindən sonra məcburi köçkünlərin qayıdışı prosesinə başlanılıb.
Bununla belə, vətəndaşların evində məskunlaşmış bəzi məcburi köçkünlərin həmin mənzillərdən çıxmaması müəyyən problemlər yaradır.
SAVASHMEDİA.az xəbər verir ki, Sumqayıtda 35 ildir yaşadığı evi boşaltmaqdan imtina edən məcburi köçkünün ev sahibinə göndərdiyi səsin sosial şəbəkələrdə yayılması bu problemi yenidən gündəmə gətirib.
Səsyazısında köçkün ailəsinin üzvü ev sahibinə yalnız pul qarşılığında evi tərk edə biləcəyini deyir. O, eyni zamanda onlara verməyə pulu olmayan ev sahibinə məsləhət verir: "Biz evi tərk etmirik, biz burada yaşaya-yaşaya makleri gətir, evi 120 min manata satsın, sonra bizim pulu ver, çıxaq".
Həmin səsyazısını təqdim edirik: