İyunun 9-dan 11-nə qədər... - Hava ilə bağlı XƏBƏRDARLIQ

İyunun 9-11-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Jun 8, 2025 - 18:19
İyunun 9-dan 11-nə qədər... - Hava ilə bağlı XƏBƏRDARLIQ

Bu barədə SAVASHMEDİA.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.