"Mən icazə verdim..." - Müctəba Xamenei
İranın Ali Rəhbəri Müctəba Xamenei ABŞ ilə memorandumun imzalanmasına icazə verdiyini açıqlayıb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, o, xalqa müraciətində bildirib ki, əvvəl fərqli mövqedə olsa da bu qərarı qəbul edib.
Xamenei bu qərarı verərkən prezidentin və Milli Təhlükəsizlik Ali Şurası üzvlərinin İran xalqının hüquqlarının qorunacağına dair öhdəliklərini nəzərə aldığını vurğulayıb.
Qeyd edək ki, ABŞ və İran arasında gərginliyin azaldılmasını nəzərdə tutan 14 bəndlik memorandum artıq imzalanıb.
Oğuz