Rusiyada səfərbərlik elan olunacaq? - Peskovun CAVABI
Rusiyada yeni səfərbərlik keçiriləcəyi ilə bağlı yayılan məlumatlar Kremlin sözçüsü Dmitri Peskov tərəfindən təkzib edilib.
SAVASHMEDİA.az xəbər verir ki, Peskov RTVI-yə açıqlamasında səfərbərliklə bağlı iddiaları “informasiya təxribatı” adlandırıb və bu məlumatların Ukrayna hakimiyyəti tərəfindən yayıldığını bildirib.
Peskovun sözlərinə görə, məqsəd Rusiyada sabitliyi sarsıtmaqdır.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də səfərbərliklə bağlı xəbərləri “təxribat” adlandıraraq, Rusiyada buna ehtiyac olmadığını bildirmişdi.
Aytən