Köçəryanın oğlu da saxlanıldı - Sedrakı apardılar
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın böyük oğlu Sedrak Köçəryan saxlanılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bir neçə saat öncə özü saxlanılan Robert Köçəryanın oğlu Sedrak Köçəryan da Korrupsiyaya qarşı Mübarizə Komitəsinə aparılıb.
Köçəryanın digər oğlu Levon Köçəryanın evində isə axtarış aparıldığı bildirilir.
Ermənistanın hüquq-mühafizə orqanları müxtəlif ünvanlarda genişmiqyaslı istintaq tədbirləri həyata keçirir. Komitə əlavə məlumatın açıqlanacağını bildirib.
Aytən