Baş psixiatr yaxalandı – müharibə dövründə zənginləşib
Ukrayna Silahlı Qüvvələrinin baş psixiatrı Kiyevdə saxlanılıb.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mətbuat xidməti məlumat yayıb.
Məlimata əsasən, bu şəxs Mərkəzi Hərbi Komissiyanın sədr müavini olmaqla yanaşı, hərbi qulluqçuların xidmətə yararlılığı barədə qərar qəbul edirmiş.
Ukrayna mediası söhbətin Oleq Druzdan getdiyini vurğulayıb.
İş materiallarına görə, bu məmur genişmiqyaslı işğal zamanı 1 milyon dollardan çox əsassız aktivlər əldə edib. O, öz bəyannaməsində müvafiq əmlakı əks etdirməyib və onu həyat yoldaşının, qızının, oğullarının və digər tanımadığı şəxslərin adına rəsmiləşdirib.
İstintaq müəyyənləşdirib ki, 2022 – 2024-cü illərdə şübhəli şəxs aşağıdakıları əldə edib:
• Kiyev vilayətinin Obuxovski rayonunda şəxsi ev;
• Kiyevdə 2 mənzil;
• Odessada 1 mənzil;
• Kiyev vilayətinin Obuxovski rayonunda 2 torpaq sahəsi;
• BMW X7 2024;
• BMW X7 2022;
• BMW X5 2023;
• BMW X3 2022;
və sair.
Axtarışlar zamanı UTX müstəntiqləri 152 min ABŞ dolları və 34 min avro tapıblar. Hazırda təqsirləndirilən şəxsə qarşı Ukrayna Cinayət Məcəlləsinin 368-5 (qeyri-qanuni zənginləşmə) və 366-2 (yanlış məlumatın bəyan edilməsi) maddələri üzrə məlumat hazırlanır.
Xatirə SADİQ