Zurabişvili Gürcüstan seçkilərində “erməni karuseli”ndən danışdı
Gürcüstan prezidenti Salome Zurabişvili ölkəsindəki seçkilərdə “erməni karuseli”ndən istifadə olunduğunu bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, dövlət başçısı bu barədə “Associated Press” agentliyinə müsahibəsində danışıb.
“Biz buna “erməni karuseli” deyirik. Bilmirəm, bəlkə Ermənistanda buna “gürcü karuseli” deyirlər. Bu o deməkdir ki, seçkilərdən bir müddət əvvəl müxtəlif bəhanələrlə sosial cəhətdən həssas insanların şəxsiyyət vəsiqələri götürülüb. Və sonra onları səsvermə üçün istifadə etdilər. Bir şəxsiyyət vəsiqəsi və müxtəlif elektron cihazlarla səs vermək hətta 17 dəfə mümkün olub. Onların öhdəsində çoxlu sayda şəxsiyyət vəsiqələri və şəxsi nömrələr olub”, - deyə president əlavə edib.
Xatırladaq ki, 5 faizlik baryeri keçən dörd müxalifət birliyi və prezident Salome Zurabişvili seçkiləri saxta adlandırıb və elan edilmiş nəticələri tanımaqdan imtina ediblər.
Avropa İttifaqı və ABŞ nəticələrin tam araşdırılmasına çağırıb.
Xatirə SADİQ