Helsinki Komissiyası Bayden-Harris administrasiyasını tənqid etdi

Helsinki Komissiyasının sədri Co Uilson Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı mövqeyinə görə ABŞ prezident administrasiyasını tənqid edib.

Oct 29, 2024 - 15:37
Helsinki Komissiyası Bayden-Harris administrasiyasını tənqid etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə konqresmen social şəbəkədə yazıb.

Uilsonun fikrincə, “Gürcü arzusu” avtoritar üsullarla hakimiyyəti ələ keçirməyə çalışır və buna müvafiq qiymət verilməlidir.

“Bayden-Harris administrasiyasının avtoritar şəkildə azadlıqsevər bir ölkəni ələ keçirməyə çalışan “Gürcü arzusu”nun legitimləşdirməsini həyata keçirməsi utancvericidir”, - deyə konqresmen vurğulayıb.

Xatirə SADİ