Putin keçmiş Avropa liderləri ilə olan xatirələrini danışdı

“Fransanın keçmiş prezidenti Jak Şirak, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni və Almaniyanın keçmiş kansleri Helmut Kol Moskva ilə münasibətlərin inkişafına mühüm töhfə veriblər”.

Dec 19, 2024 - 18:45
Putin keçmiş Avropa liderləri ilə olan xatirələrini danışdı

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. 

O, Kolu öz əməllərində və inamında “beynəlxalq miqyaslı xadim” adlandırıb. “Mən onunla çoxlu söhbətlərimizi maraqla xatırlayıram, onlar mənim üçün çox faydalı oldu”, - deyə Rusiya prezidenti bildirib.

O, Jak Şirakı “ensiklopedist, akademik” adlandırıb. “Nə soruşursan, o, hər şeyi bilir. Doğrusunu desəm, hətta maraqlıdır. Onun hər şeyə öz fikri var idi və ona ciddi əməl edirdi. O, çox düzgün, nəzakəətli insan idi və mən də ondan çox şey öyrəndim”, - deyə Putin qeyd edib və söhbətin davranış və ziyalı maneralardan getdiyinə aydınlıq gətirib.

“Berluskoni bir az fərqli insan idi, eyni zamanda ünsiyyətdə çox istiqanlı, fəal və çox iti idi. O da Şirak kimi Rusiya-İtaliya münasibətlərinin inkişafı üçün çox şey edib. Bu gün baş verənlərə baxmayaraq, biz İtaliyaya rəğbət bəslədiyimiz kimi, İtaliya cəmiyyətində də Rusiyaya müəyyən rəğbətin olduğunu hiss edirik”, - deyə Putin iddia edib.

Xatirə SADİQ