Zelenskidən əl çəkin, onu buna sövq etməyin” – Kaya Kallas

“Kremlin başçısı Vladimir Putin müharibəni dayandırmaq istəyini nümayiş etdirmədiyi vaxtda Qərb paytaxtları prezident Volodimir Zelenskini sülh danışıqlarına sövq etməyi dayandırmalıdır”.

Dec 19, 2024 - 18:41
Zelenskidən əl çəkin, onu buna sövq etməyin” – Kaya Kallas

SAVASHMEDİA.az “Financial Times” nəşrinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) liderlərinin sammiti ərəfəsində qurumun baş diplomatı Kaya Kallas deyib.

“Putin danışmaq istəmədiyi vaxtda Zelenskini danışıqlara itələməyin mənası yoxdur. Sülh olmadığı vaxtda biz sülhməramlılar barədə danışa bilmərik. Bəs nəyə görə sülh yoxdur? Çünki Rusiya sülh istəmir”, - deyə Kallas əlavə edib. 

O, qeyd edib ki, indi Ukraynanı dəstəkləmək sonradan müharibəyə dözməkdən daha ucuz başa gəlir, çünki Rusiya öz məqsədlərini dəyişməyib və Qərb bu məsələdə özünə qarşı çox dürüst olmalıdır.

Kallas həmçinin qeyd edib ki, Ukrayna üçün təhlükəsizlik təminatının nədən ibarət olması böyük sual olaraq qalır.

"Əslində bu, nədir, nəzərə çarpan nədir? Əgər bu, qoşunlar, uzaq mənzilli silahlar deyilsə, o zaman əslində sizi qoruyan və hücuma məruz qalanda sizi müdafiə edən nədir?”, - deyə diplomat sual edib.

Aİ-nin baş diplomatı Ukrayna ilə təhlükəsizlik zəmanəti müqavilələri imzalayan üzv-dövlətlərə sual ünvanlayıb: “Həqiqətənmi, boş sözlər olmaması üçün bu təhlükəsizlik zəmanətlərini danışıqlar masasına qoymağa hazırdırlarmı?”.

Kallas hesab edir ki, Aİ öz gücünü az və Rusiyanın gücünü çox qiymətləndirməməlidir, əksinə, Ukraynanı indi gücləndirmək üçün hər şeyi etməlidir: “Çünki onlar döyüş meydanında nə qədər güclü olsalar, danışıqlar masasında bir o qədər güclü olacaqlar – əgər buraya qədər qol qət etsələr”. 

Xatirə SADİQ