Gürcüstanda seçkinin nəticələri ləğv olunur? - MSK üzvündən açıqlama
Gürcüstan müxalifətinin Mərkəzi Seçki Komissiyasındakı (MSK) üzvləri beynəlxalq müşahidə missiyalarının nümayəndələri ilə görüşləri davam etdirir.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə “Güclü Gürcüstan” partiyasının MSK-dakı nümayəndəsi Georgi Sioridze deyib.
Onun sözlərinə görə, indiyədək MSK nəinki müxalifət üzvlərinə münasibətdə təcrid mövqeyi tutub, həm də beynəlxalq missiyalara hərtərəfli məlumat vermək imkanı verməyib.
“Müxalifətin MSK-dakı üzvləri Gürcüstandakı ən mühüm beynəlxalq müşahidə missiyaları, o cümlədən ATƏT/DTİHB, Beynəlxalq Respublikaçılar İnstitutu, Milli Demokratiya İnstitutu və NMO nümayəndələri ilə görüşürlər. Bu, bizim təşəbbüsümüzlə olur. Biz təbii ki, şəxsi və partiya müstəvisində bu məlumatları onlara çatdırmışdıq. Lakin indi seçkilərdən 2 həftə keçdiyinə görə, bu günlər ərzində üzə çıxan bütün məlumatları, qənaətləri onlara çatdırmağı zəruri hesab etdik. Belə ki, onların qiymətləndirmələrində və yekun hesabatlarında Gürcüstanda baş vermiş qanun pozuntuları və oğurlanmış seçkilərlə bağlı məlumatlar tam əksini tapıb”, - deyə MSK üzvü bildirib.
O, hesab edir ki, bütün texnoloji seçki məntəqələrində, seçicilərin 90%-nin cəmləşdiyi 2263 seçki məntəqəsində, səsvermənin məxfiliyi pozulub: “Bu seçkilərin qeyri-legitim elan edilməsi üçün əsasdır”.
Xatirə SADİQ