“NATO-ya dəvət və üzvlük eyni şey deyil” – Zelenski izah etdi

“Qərbin bəzi liderləri Ukraynanı NATO-ya dəvət etməkdən imtina edirlər, sanki dəvət və alyansa tamhüquqlu üzvlük eyni şeydir”.

Oct 29, 2024 - 13:38
“NATO-ya dəvət və üzvlük eyni şey deyil” – Zelenski izah etdi

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski IV Ukrayna-Şimali Avropa sammitində deyib.

“Onlardan dəvət istənilir, onlar isə üzvlük haqqında cavab verirlər. Bu, ədalətli deyil. Bu, sadəcə olaraq “yox” deməyin bir yoludur”, - deyə dövlət başçısı vurğulayıb. 

Zelenski nəzərə çatdırıb ki, ölkəsi döyüşlər dövründə NATO üzvlüyünə can atmır. Lakin dəvətlə həm Ukrayna, həm də bütün Avropa üçün geosiyasi aydınlıq təmin ediləcək, eyni zamanda Kiyevin Moskva ilə danışıqlarda mövqeyini gücləndirəcək. Onun fikrincə, bu məsələni həll etmək üçün bütün Avropadakı, xüsusən də Berlindəki tərəfdaşlarla işləmək lazımdır.

“Ukrayna NATO-ya dəvət alanda, bu, Rusiyanın imperiya ambisiyalarına qarşı aşılmaz qoruyucu divara çevriləcək”, - deyə Zelenski vurğulayıb. 

Xatirə SADİQ