Marqarita Simonyan cuşa gəldi - “Afərin, gürcülər!”
Kremlin əsas təbliğatçılarından biri olan “Rossia Today” kanalının erməniəsilli baş redaktoru Marqarita Simonyan Gürcüstanda keçirilən parlament seçkilərinin ilkin nəticələrini “gürcülərin qələbəsi” adlandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə “Telegram” kanalında yazıb.
“Gürcülər qələbə çaldılar. Afərin!”, - deyə Simonyan vurğulayıb.
Qeyd edək ki, Gürcüstan MSK-nın ilkin məlumatına görə, “Gürcü arzusu” hakim partiyası 51,9% səslə liderdir.
Xatirə SADİQ