“Düzdür, Krım körpüsünü partladıblar, amma…” - Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Krım körpüsündə partlayış faktını təsdiqləyib.

Jun 4, 2025 - 15:00
“Düzdür, Krım körpüsünü partladıblar, amma…” - Peskov

SAVASHMEDİA.az bu barədə RBC telekanalına istinadən xəbər verir.

“Həqiqətən də partlayış olub. Heç nə zədələnməyib, körpü işləyir. Kiyev rejimi dinc infrastruktur obyektlərinə hücum cəhdlərini davam etdirir. Rusiya tərəfi Kiyev rejiminin başa düşülən xarakterinə əsaslanaraq ehtiyat tədbirləri görməyə davam edir”, - Kremlin sözçüsü iddia edib. 

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti dünən Krım körpüsünün dayaqlarının minalanması və su altında partlayıcı qurğulardan birinin və mülki şəxslər arasında heç bir itkiyə yol vermədən səhər tezdən işə salınması barədə məlumat və video yayıb. 

Krımdakı qondarma separatçı qurum iyunun 3-də Krım körpüsündə nəqliyyatın hərəkətinin iki dəfə dayandırılmasını Qara dənizdə düşmən fəallığının müşahidə olunması ilə izah edib. 

Xatirə SADİQ