Mark Rutte “Hörümçək toru”na haqq qazandırdı
NATO-nun baş katibi Mark Rutte Ukraynanın Rusiya strateji aviasiya aerodromlarına hücumu ilə nəticələnən “Hörümçək toru” əməliyyatına münasibətini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu, Brüsseldə NATO müdafiə nazirlərinin görüşünün başlanmasından öncə olub.
“Unutmayaq ki, hücuma məruz qalan vasitələr Rusiya tərəfindən Ukrayna şəhərlərində və icmalarında gündəlik həyatı ilə məşğul olan günahsız insanlara hücum etmək üçün istifadə edilib. Ona görə də mən hesab edirəm ki, biz bunu nəzərə almalıyıq”, - deyə NATO baş katibi vurğulayıb.
Bununla belə, Rutte Ukrayna əməliyyatını ətraflı şəkildə şərh etməkdən və müharibənin gedişatına necə təsir göstərə biləcəyini qiymətləndirməkdən imtina edib: “Bu, həmişə faydalı deyil”.
Xatirə SADİQ