Ardıcıl 4 gün iş olmayacaq - Günlərin yerləri dəyişdirildi

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi.

Jun 4, 2025 - 15:13
Ardıcıl 4 gün iş olmayacaq - Günlərin yerləri dəyişdirildi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, iyunun 26-sı, 27-si, 28-i, 29-u qeyri iş günləri olacaq.