"ABŞ Rusiyaya qarşı nə etdi?” - Zelenski 

“ABŞ yardım və kəşfiyyat mübadiləsimizi əngəllədi, sonra atəşkəslə razılaşmağı təklif etdi və Rusiyanın heç nəyini əngəlləmədi”.

Apr 14, 2025 - 14:08
"ABŞ Rusiyaya qarşı nə etdi?” - Zelenski 

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski CBS News telekanalının “60 dəqiqə” proqramına müsahibəsində deyib.

Ukrayna prezidenti ABŞ-nin davranışına diqqəti cəlb edib: “ABŞ nə etdi? Bizim üçün ballistik zərbələri, çox ağrılı olacağını bilə-bilə yardım və kəşfiyyat mübadiləsini dayandırdılar – mülki vətəndaşlarımıza şiddətli atəş açıldığını anlamadılar”. 

Zelenski bu məqamda öz ölkəsinin necə hərəkət etdiyini xatırladıb. “Biz isə bunu dayandıracağımızı bilə-bilə, bunun şərt olduğunu, Ukraynanın qeyd-şərtsiz atəşkəsə razılaşacağı təqdirdə blokun açılacağını eşitdərkən nə etdik? Dedik ki, qeyd-şərtsiz atəşkəsə gedirik”. 

Ukraynanın dövlət başçısı Tramp administrasiyasının Ukrayna və Rusiyaya qarşı atdığı addımları müqayisə edib: “Burada bir prezident kimi bir sualım var. Mənə nəyisə əngəllədilər və dedilər: “Get, əks halda bloku açmayacağıq və sənin itkilərin olacaq, silahlarını, yardımlarını və kəşfiyyatını itirəcəksən”. Sualım var: ABŞ rusların əksinə nə etdi? “Atəşkəslə razılaşın, əks halda çox güclü sanksiyalar paketi təqdim edəcəm”. Amma açığını desəm, bizi blokladılar, sonra təklif etdilər. Ruslara təklif edildi və heç bir şey əngəllənmədi. Yəni biz güc yolu ilə sülhdən danışanda – bağışlayın, belə çıxır ki, güc yolu ilə sülh bir istiqamətdə işləyir və yalnız bizə qarşı. Və hesab edirəm ki, bu ədalətsiz yanaşmadır”.

O, xatırladıb ki, Putin heç vaxt müharibənin bitməsini istəməyib, ona görə də atəşkəs nəticə vermir.

Xatirə SADİQ