Gürcüstanda parlament seçkilərinin ilkin nəticəsi elan olundu
Parlament seçkilərində hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 52,99 faiz səs qazanıb.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu seçki məntəqələrinin 97 faizinin protokolları işləndikdən sonra Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvili bildirib.
Onun sözlərinə görə, “Dəyişikliklər üçün Koalisiya” – 11,2 faiz, “Birlik – Milli Hərəkat” – 9,83 faiz, “Güclü Gürcüstan” – 9,02 faiz, “Gürcüstan Naminə” partiyası isə 8,22 faiz səs toplayıb.
Bildirilib ki, məntəqələrin daha 3%-dən məlumatların alınması lazımdır, lakin bu, güclərin balansını dəyişməyəcək.
Kalandarişvilinin qeyd edib ki, bu gün Gürcüstanda ilk dəfə olaraq geniş miqyasda elektron seçki qutularından istifadə edilib və modernləşmənin bu mərhələsi uğurlu olub.
Gün ərzində qeydə alınan hadisələrə, davalara, təxribatlara baxmayaraq, MSK sədri seçkilərin dinc və sakit şəraitdə keçdiyini bildirib.
Xatirə SADİQ