Xameneinin harada olduğu bilindi – Kürəkəni də ölüb
“İranın Ali Rəhbəri Seyid Əli Xamenei sağdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bu məlumatı “Al Mayadeen” televiziya kanalı Tehrandakı mənbəyə istinadən yayıb.
“Xamenei 2025-ci ilin yayındakı 12 günlük müharibədə olduğu kimi indi də böhran qərargahındadır və hərbi əməliyyatların aparılmasına şəxsən rəhbərlik edir”.
Qeyd edək ki, İsrail mətbuatı Xameneinin hücum nəticəsində öldüyünü yazıb. "Jamaran" xəbər agentliyi isə İranın Ali Rəhbərinin kürəkəninin və gəlininin hücumlar nəticəsində öldüyünü iddia edib.