Xameneinin gəlini Zəhra Haddad öldürüldü

İranın müxalifət yönlü media orqanlarının yaydığı məlumata görə, İranın ali rəhbəri Əli Xameneinin gəlini Zahra Haddad Adel ABŞ hücumları nəticəsində həlak olub. 

Feb 28, 2026 - 21:03
Xameneinin gəlini Zəhra Haddad öldürüldü

Bildirilir ki, o, Xameneyinin oğlu Müctəba Xameneinin həyat yoldaşı idi.

Hadisə bu gün səhər saatlarında baş verib. Lakin yayılan xəbərlər hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Hazırda İran tərəfi məsələ ilə bağlı açıqlama verməyib. Regionda davam edən hərbi qarşıdurma fonunda bu cür iddialar informasiya müharibəsinin bir hissəsi kimi də qiymətləndirilir.

nocomment.az