"Mən bunu ukraynalılara deyə bilmərəm, qorxuram" - Zelenski ərazi güzəştinə gedir?

Volodimir Zelenski Ukrayna əhalisindən ABŞ-nin atəşkəs müqabilində Kiyevdən ərazi güzəştləri tələb etdiyimi uzun müddət gizlədib. 

Aug 15, 2025 - 12:30
"Mən bunu ukraynalılara deyə bilmərəm, qorxuram" - Zelenski ərazi güzəştinə gedir?

SAVASHMEDİA.az-ın xəbərinə görə, bunu “The New York Times” yazıb. 

Nəşrin iddiasına görə, Zelenskini bunu ukraynalıların gözlənilən reaksiyasından qorxduğu üçün edib. Lakin Donald Tramp sülh sazişinin “müəyyən ərazi mübadiləsini” əhatə edə biləcəyini söylədikdən sonra Zelenskinin oxşar bəyanatlar verməkdən başqa yolu qalmayıb.

"Ukrayna prezidenti Volodimir Zelenski Rusiya və ABŞ-nin atəşkəs müqabilində Kiyevin ərazi güzəştlərini müzakirə etdiyini hələ Ağ Ev rəhbəri Donald Tramp elan etməmişdən əvvəl bilirdi . Ukrayna lideri bu məlumatı “Ukraynalıların reaksiyasından qorxduğu üçün” gizli saxlayıb".

ABŞ prezidentinin elçisi Stev Uitkoff və Rusiya prezidenti Vladimir Putin arasında görüşdən sonra Ukrayna hakimiyyəti Moskvanın “müharibəyə son qoymaq üçün” konkret nə təklif etdiyini öyrənməyə çalışıb. Zelenskinin köməkçilərinin Uitkoffa ikinci zəngindən sonra məlum olub ki, Moskva Kiyevdən Donbassdan imtina etməyi tələb edib.

Bundan sonra isə Zelenski açıqlama verərək ərazi güzəştlərinə getməyəcəyini bildirib: "Ukraynanın ərazi bütövlüyü Ukrayna konstitusiyası ilə təsbit olunub. Ukraynalılar torpaqlarını verməyəcək. Heç kim bundan geri çəkilməyəcək".

Zelenskinin belə qəfil imtinası isə Trampı qəzəbləndirib: "Zelenskinin mövqeyinə baxmayaraq, münaqişənin həlli çərçivəsində “bəzi ərazi mübadiləsi” nəzərdə tutulacaq. Zelenskinin dedikləri məni bir az narahat edir “Konstitusiyaya əsasən təsdiq almalıyam nə deməkdir? Məgər o, müharibəyə başlamaq üçün belə bir icazə almışdımı? Amma indi deyir ki, ərazi mübadiləsi üçün ona icazə lazımdır”.

"Buna baxmayaraq, Ukrayna hazırkı mövqeyində cəbhə xəttinin dondurulmasına və Luqansk, Donetsk, Zaporojjya, Xerson vilayətləri və  Krım ərazilərinə faktiki olaraq nəzarətin Rusiyaya verilməsinə razıdır", - Britaniyanın "The Daily Telegraph" qəzeti yazıb .

Oğuz