"Ukraynaya Putinlə dil tapacaq yeni lider lazımdır" - Trampdan Zelenskiyə SƏRT SÖZLƏR
ABŞ Prezidenti Donald Tramp Ukraynada hakimiyyət dəyişikliyinin zəruri olduğunu bildirərək Volodimir Zelenskinin ünvanına sərt ittihamlar səsləndirib.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp Ukraynanın Rusiya ilə müharibəni başa çatdırmaq üçün razılaşma əldə edə biləcək yeni liderə ehtiyacı olduğunu deyib.
“Məncə, Ukraynanın yeni prezidentə ehtiyacı var. Onlara Putinlə razılaşma əldə edə biləcək yeni lider tapmağı məsləhət görürəm. Çünki Zelenski bir çox razılaşma əldə edə bilərdi, amma nədənsə bunu etmir”, – Tramp bildirib.
ABŞ lideri Zelenskini münaqişənin uzanmasına görə məsuliyyət daşıdığını deyib.
Trampın bu açıqlaması onun Rusiya Prezidenti Vladimir Putinlə dizel yanacağının tədarükü barədə razılaşma əldə etməsindən sonra səslənib. ABŞ lideri Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə zərbələrini də tənqid edib və bunun yanacaq bazarına təsir göstərdiyini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə ABŞ-nin Rusiya dizelinə tətbiq olunan məhdudiyyətləri yumşaltmaq qərarını tənqid edib. O, belə addımın Moskvanın müharibəni davam etdirmək imkanlarını gücləndirə biləcəyini vurğulayıb.
Səlcuq