Müğənni Pünhan Piriyevi ölümlə hədələyənlərin KİMLİYİ BİLİNDİ - O da MƏŞHURDUR

Müğənni Pünhan Piriyev təhlükəsizliyi ilə bağlı narahatlığını dilə gətirib.

Oct 10, 2026 - 20:49
Müğənni Pünhan Piriyevi ölümlə hədələyənlərin KİMLİYİ BİLİNDİ - O da MƏŞHURDUR

SAVASHMEDİA.az xəbər verir ki, müğənni Daxili İşlər naziri Vilayət Eyvazova videomüraciət edərək kömək istəyib.

Pünhan Piriyev iddia edib ki, aşıq Mübariz kimi tanınan saz ifaçısının Ağcabədi rayonunun Avşar kəndindən olan dostları tərəfindən ölümlə hədələnir.

Müğənni məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsini xahiş edib.

Qeyd edək ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının rəsmi mövqeyi hələ açıqlanmayıb.

Aytən