ABŞ öz mövqeyini kardinal şəkildə dəyişib - FT 

Böyük Britaniya Rusiyanın dərinliklərinə zərbələr endirmək məsələsində Ukrayna Silahlı Qüvvələrinə dəstək göstərir.

Oct 3, 2025 - 15:37
ABŞ öz mövqeyini kardinal şəkildə dəyişib - FT 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Financial Times” (FT) yazıb.

Nəşr qeyd edib ki, ABŞ Ukraynaya kəşfiyyat yardımını genişləndirmək üçün NATO üzrə müttəfiqlərinə təzyiq göstərir.

Mənbələrin sözlərinə görə, Tramp administrasiyası Ukraynaya uzaqmənzilli raket və pilotsuz təyyarələrdən daha səmərəli istifadə etməyə kömək edəcək yeni kəşfiyyat məlumatları ötürmək niyyətindədir. Bu addım ABŞ-nin Ukraynadakı müharibədə rolunun güclənməsindən xəbər verir. 

Ağ Ev kütləvi informasiya vasitələrində yayılan xəbərlərə münasibət bildirməyib. 

Xatirə SADİQ