Azərbaycanda icra başçısı saxlanıldı - DTX-dən ƏMƏLİYYAT
Dövlət Təhlükəsizliyi Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.
Məlumata görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.
Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.
Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunmuşdu.
News24.az