Cexiya rus nefti asılılığından tam qurtuldu - Petr Fiala

Çexiya öz tarixində ilk dəfə olaraq Rusiyanın neft tədarükündən tamamilə müstəqil olub.

Apr 17, 2025 - 15:12
Cexiya rus nefti asılılığından tam qurtuldu - Petr Fiala

SAVASHMEDİA.az ČTK-ya istinadən xəbər verir ki, bu barədə Çexiyanın baş anziri Petr Fiala bəyan edib. 

“Biz enerji müstəqilliyimizə doğru yolda daha bir addım atdıq”, - deyə baş nazir vurğulayıb.

Onun sözlərinə görə, bu, Qərbdən gələn TAL neft kəmərinin ötürmə qabiliyyətinin modernləşdirilməsi başa çatdıqdan sonra baş verib.

Fiala nəzərə çatdırıb ki, bu kəmərlə nəql olunan neftin ilk artan həcmləri artıq Çexiyanın mərkəzi neft bazasına daxil olub.

İndi ölkə Qərb boru kəmərlərindən ildə 8 milyon tona qədər xam neft çəkə bilər ki, bu da Çexiyadakı neft emalı zavodlarının istehlakını tam ödəyəcək.

Xatirə SADİQ