Keçmiş baş nazir İvanişvilini ittiham etdi – "Sifarişçi odur"

“Mənə hücum “Gürcü arzusu”nun yaradıcısı Bidzina İvanişvilinin göstərişi ilə əvvəlcədən planlaşdırılıb”.

Jan 23, 2025 - 10:04
Keçmiş baş nazir İvanişvilini ittiham etdi – "Sifarişçi odur"

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş baş naziri və “Gürcüstan Naminə” müxalifət partiyasının lideri Giorgi Qaxaria “Facebook” hesabından bəyan edib. 

Bu, əvvəlcədən təşkil edilmiş pusqu, siyasi qisas idi. Hücum əmrini Bidzina İvanişvili sifariş verib. İvanişvili artıq çoxdan məni və ailəmi müxtəlif formalarda və müxtəlif üsullarla, o cümlədən açıq şəkildə hədələyir”, - deyə Qaxariya yazıb. 

Gürcü siyasətçisi əlavə edib ki, onu icraçılar maraqlandırmır: “Mənə hücum və vətəndaşlara qarşı zorakılıq sifarişi verən bir şəxslə işim var. İstintaqa gəlincə, biz onlara imkan veririk ki, simalarını qorusunlar və zorakı cinayətlərin şəriki olmasınlar”. 

Qeyd edək ki,  keçmiş baş nazir prokurorluqda dindirildikdən sonra bu bəyanatı yayıb. Müstəntiqlər onu rəsmi olaraq zərərçəkmiş kimi tanıyıblar.

Xatırladaq ki, Qaxariya yanvarın 15-nə keçən gecə Batumidəki “Şeraton” otelinin foyesində döyülüb. Ona üz nahiyəsinin sınığı və beyin silkələnməsi diaqnozu qoyulub.

Şahidlərin sözlərinə görə, hücumda “Gürcü arzusu”nun deputatı Dmitri Samxaradze, Acarıstan hökumətinin iqtisadiyyat nazirinin müavini Georgi Manvelidze və başqaları iştirak ediblər.

Xatirə SADİQ