Putin müharibədən yorulduğunu deyib? - Peskov "şərh vermirəm" dedi

Prezident Vladimir Putin hesab edir ki, Ukrayna ilə müharibənin əsas məqsədlərinə nail olunub və indi Rusiya iqtisadiyyatındakı geriləmələrdən daha çox narahatdır. 

Jan 23, 2025 - 10:18
Putin müharibədən yorulduğunu deyib? - Peskov "şərh vermirəm" dedi

SAVASHMEDİA.az-ın xəbərinə görə, bunu "Reuters" agentliyinə Kremlə yaxın mənbələr sızdırıb.

“Putin hesab edir ki, Rusiya materikini Krımla birləşdirən ərazilərə nəzarət və Ukrayna ordusunun zəiflədilməsi də daxil olmaqla, müharibənin əsas məqsədlərinə artıq nail olunub”, - nəşr mənbədən sitat gətirir.

Mənbənin sözlərinə görə, Rusiya prezidenti müharibənin iqtisadiyyata vurduğu ziyandan xəbərdardır, çünki yüksək faiz dərəcələri qeyri-hərbi müəssisələrə və sənayeyə öldürücü təsir göstərir.

Rusiya müdafiə xərclərini ÜDM-in 6,3%-i olmaqla postsovet məkanında ən yüksək həddə çatdırıb və büdcə xərclərinin üçdə birini təşkil edib. İşçi çatışmazlığı ilə yanaşı, bu, əmək haqqının artmasına səbəb olub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə "Reuters"in yazdıqlarına şərh vermək istəməyib.

“Xeyr, şərh verə bilmərəm. Mən bu mənbələrin nə olduğunu bilmirəm, ona görə də bunu şərh etmək mümkün deyil”, - Peskov bildirib.

Oğuz