Putin amerikalı jurnalist Fridmanı qəbul etməyəcək - "Özü yaxşı bilir..."
“Rusiya prezidenti Vladimir Putin amerikalı reportyor Aleks Fridmana müsahibə verməyə razı ola bilər, lakin bu, yaxın gələcəyin məsələsi deyil”.
SAVASHMEDİA.az “TASS”a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov brifinqdə bildirib.
“Aleks Fridman yaxşı bilir ki, prezidentin müsahibə vermək zərurətini hiss etməsi yaxın perspektiv məsələsi deyil. Əlavə aydınlıq tələb edən bəzi şərtlər olmalıdır. O, heç olmasa, bizim nəzərdən keçirdiyimiz və prezidentə tövsiyə etdiyimiz şəxslərdən biri olacaq”, - Peskov bildirib.
Xatırladaq ki, yanvarın əvvəlində Ukrayna prezidenti Vladimir Zelenskidən müsahibə alan amerikalı podkaster Leks Fridman indi də Rusiya lideri Vladimir Putinlə görüşmək istədiyini açıqlamışdı.
Xatirə SADİQ