Zelenski Marko Rubio ilə görüşmədən Səudiyyə Ərəbistanını TƏRK ETDİ
Volodimir Zelenski Ukrayna rəsmiləri ilə yüksək rütbəli ABŞ diplomatı arasında bu gün keçiriləcək danışıqlardan əvvəl Səudiyyə Ərəbistanını tərk edib.
SAVASHMEDİA.az xəbər verir ki, Zelenski ABŞ dövlət katibi Marko Rubio ilə görüşdə iştirak etməsə də, onun komandası danışıqlara qatılacaq.
Zelenski bazar ertəsi vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşüb.
ABŞ-nin dövlət katibi Marko Rubio isə artıq Səudiyyə Ərəbistanının sahilyanı Ciddə şəhərindədir.
Xatırladaq ki, Marko Rubio Səudiyyə Ərəbistanına yollanarkən jurnalistlərə açıqlamasında Ukraynanın sülh naminə Rusiya işğalında olan ərazilərindən vaz keçməli olduğunu deyib.
Oğuz