Küçələrdə ölən bizik, amma... - İran polisi SEPAH-a qarşı
“İranda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə daxili təhlükəsizlik qüvvələri (polis) arasında münasibətlər pisləşib”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu İsrail mətbuatı İrandakı etibarlı mənbəsinə istinadla yazıb.
Məlumata görə, İranın təhlükəsizliyinə cavabdeh olan əsas strukturlar arasında qarşılıqlı ittihamlar dərinləşib. Tərəflər bir-birini əməliyyat fəaliyyətində zəiflik, koordinasiya çatışmazlığı və təhlükəsizlik tədbirlərinin effektiv təşkil olunmamasında günahlandırır.
Mənbə bildirib ki, SEPAH-ın bir hissəsi olan “Bəsic” qüvvələri hakimiyyət daxilində daha üstün mövqedə qiymətləndirilsə də, polis qüvvələri düşünür ki, hücumlar zamanı qaynar nöqtələrdə tək mübarizə aparırlar və “Bəsic” heç bir iş görmür.
SEPAH-la polis arasındakı münasibətlər son çərşənbənin qeyd olunduğu gün (Çaharşanbe Suri) keçirilən tədbirlər nəticəsində daha da gərginləşib. Polis SEPAH-ı hava hücumundan müdafiəni yetərincə təmin etməməkdə günahlandırıb. Buna səbəb kütləvi toplaşmalar zamanı xəsarətlərin və ölümlərin olmasıdır.
Mənbənin məlumatına görə, həmin gün PUA-lar polis qüvvələrinə dəqiq zərbələr endirib. Hava Hücumundan Müdafiə sistemləri isə işə düşməyib. Bu da polislərin ölümünə və ciddi xəsarətlər almasına səbəb olub. Bildirilib ki, hücumlar zamanı polis qüvvələri arasındakı itkilər digər təhlükəsizlik strukturları ilə müqayisədə daha yüksək olur. Buna görə də polislər artıq xidmətə çıxmaqdan imtina edirlər. Onlar SEPAH-a güvənmədikləri üçün hücumlarda ov olmaq istəmirlər. Bu hal isə getdikcə daha da kütləviləşir.
Banu